“YouTube” platforması “Hekayələr” (“Stories”) funksiyasının fəaliyyətini dayandıracağını açıqlayıb.
Artıq istifadəçilər 2023-cü il iyunun 26-dan etibarən “Hekayələr” bölümünə yeni videolar yerləşdirə bilməyəcəklər, dərc edilmiş videolar isə yeddi gün sonra silinəcək.
Məlumat üçün əlavə edək ki, “YouTube” dünyanın ən böyük video paylaşma sistemlərindən biridir.
Bu platforma 2005-ci ildə üç nəfər “PayPal” işçisi tərəfindən qurulub. 2006-cı ilin oktyabrında “Google” tərəfindən satın alınıb.
Mənbə: The Verge
www.102info.az