Həştərxandan İranın Əmirabad limanına gedən “Port Olya-2” gəmisi Volqa-Xəzər dənizi Naviqasiya Kanalında (VKMSK) saya oturub.
Hadisə nəticəsində gəmilərin keçidi bağlanıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsi məlumat verib.
Bildirilir ki, insident kanalın 143-cü km-də qeydə alınıb. İranın Əmirabad limanına gedən gəmidə ekipajın sayı 14 nəfərdir. Gəminin dayaz yerdən çıxarılması üçün yedək gəmisinin göndərildiyi qeyd olunub.
Mənbə: TASS
www.102info.az