Moskvada azərbaycanlı iş adamlarına məxsus bazarda yanğın baş verib – FOTO/VİDEO

Dünya


Moskvada azərbaycanəsilli iş adamlarına məxsus “Sadovod” bazarında yanğın baş verib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, yanğın hadisəsi “Sadovod” bazarının üç pavilyonunda qeydə alınıb. Yanğının 50 kvadratmetr ərazini əhatə etdiyi bildirilir.

Artıq alov söndürülüb. Hadisə nəticəsində zərərçəkənlər barədə məlumatın olmadığı vurğulanıb.

Qeyd edək ki, Moskva Dairəvi Yolunun 14-cü kilometrliyində yerləşən “Sadovod” bazarı yəhudi əsilli azərbaycanlı iş adamları Qod Nisanov, Zarah İliyevin “Kiyevskaya ploşşad” şirkətinə məxsusdur.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir