Dneprdə axtarış-xilasetmə əməliyyatları başa çatıb.
Bu barədə Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti xəbər yayıb.
Regional hərbi administrasiyanın rəhbəri Sergey Lısak bu gün şəhərdə ölənlər üçün matəm elan edildiyini bildirib.
Qeyd edək ki, dünən Rusiya ordusu xəstəxanaya raket hücumu həyata keçirib. Nəticədə iki (bəzi məlumatlarda üç) nəfər həlak olub, aralarında uşaqlar olmaqla 32 nəfər yaralanıb.
Daha 3 nəfərin taleyi hələlik məlum deyil. Kriminoloqlar hadisə yerində işləyirlər.






Mənbə: UNİAN
www.102info.az