Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alimi təltif edib – FOTO

Dünya


Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alim, geologiya‑mineralogiya elmləri doktoru, professor Vaqif Kərimovu təltif edib.

RF dövlət başçısı bununla bağlı fərman imzalayıb.

Sənədin mətnində deyilir:

“Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti Federal Dövlət Büdcə Ali Təhsil Müəssisəsinin kafedra müdiri Vaqif Yunus oğlu Kərimov elmi-pedaqoji fəaliyyətdə və ixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinə görə Rusiya Federasiyası Prezidentinin Fəxri Fərmanı ilə təltif edilir”.

www.102info.az