Avropada günün maraqlı futbol oyunları: Almaniyada çempion kim olacaq? – AFİŞA

Dünya


Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, Almaniya Bundesliqasında mövsümə yekun vurulacaq.

Sonuncu – 34-cü tur çempionu müəyyənləşdirəcək. Lider “Borussiya” (Dortmund) öz meydanında “Maynts”ı məğlub etsə, 11 il sonra ölkənin ən güclüsü olacaq. “Borussiya”nın ən yaxın izləyicisi “Bavariya” isə “Köln”ün qonağı olacaq. Dortmund klubundan iki xal geri qalan münhenlilər çempion olmaq üçün həm rəqibin xal itirməsinə ümid etməli, həm də özü qələbə qazanmalıdır. Hər iki matç saat 17:30-da (bütün oyunların saatı Bakı vaxtı ilə göstərilib – red.) start götürəcək.

Fransa Liqa 1-də də bu gün çempion müəyyənləşə bilər. “Strasburq”un qonağı olacaq PSJ qələbə qazanarsa, son turun nəticələrindən asılı olmayaraq, Fransanın ən güclüsü olacaq. Paris klubundan altı xal geri qalan və nəzəri olaraq çempionluq şanslarını qoruyan “Lans” isə “Ayaçço”nu qəbul edəcək. Hər iki matçın start fiti saat 23:00-da səslənəcək.

İtaliya A Seriyasında Çempionlar Liqası iddialarını davam etdirən “Roma” “Fiorentina”nın qonağı olacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.

“İnter”i isə “Atalanta” ilə çətin ev oyunu gözləyir. Bu qarşılaşma saat 22:45-də start götürəcək.

İspaniya La Liqasında 2-ci yer uğrunda mübarizə aparan “Real Madrid” “Sevilya”nın qonağı olacaq. Qarşılaşmanın start fiti saat 21:00-da səslənəcək.

Avropada günün maraqlı futbol oyunları

Fransa Liqa 1

23:00. “Strasburq” – PSJ

23:00. “Lans” – “Ayaçço”

Almaniya Bundesliqası

17:30. “Borussiya” (Dortmund) – “Maynts”

17:30. “Köln” – “Bavariya”

İtaliya A Seriyası

20:00. “Fiorentina” – “Roma”

22:45. “İnter” – “Atalanta”

İspaniya La Liqası

21:00. “Sevilya” – “Real Madrid”

Faiq Tahirov

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir