Ukrayna rəsmi olaraq Almaniyadan Moskvaya çata biləcək uzaqmənzilli “Taurus” qanadlı raketlərini istəyib.
Bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Ukrayna Prezidenti Volodimir Zelenski mayın əvvəlində Berlinə səfəri zamanı raketlərin ötürülməsi barədə Almaniya Kansleri Olaf Şoltsla danışıb.
“Kanslerin sözçüsü bu barədə şərh vermək istəmir, lakin Federal Müdafiə Nazirliyi Ukraynanın “Taurus” üçün müraciət etdiyini təsdiqləyir”, – deyə məlumatda vurğulanıb.
Materialın müəllifləri əlavə ediblər ki, sözügedən raket Ukrayna sərhədindən Moskvaya kimi uça bilər.
Mənbə: Gazeta.ru
www.102info.az