“Səsvermə zamanı hansısa neqativ hadisə baş verməyib”.
Bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener deyib.
O, səsvermə prosesində xidməti olan hər kəsə, həmçinin seçicilərə təşəkkür edib.
“Nəticənin millətimiz və dövlətimiz üçün xeyirli olmasını arzu edirəm”, – deyə o, bəyan edib.
Yener tezliklə seçkilərin nəticələrilə bağlı yayım qadağasının da aradan qaldırılacağını vurğulayıb.
www.102info.az