Təbriz Qeydiyyat İdarəsi və Məhkəməsi azərbaycanlı uşağa Volkan adının verilməsinə qarşı çıxıb – FOTO

Dünya


26 yanvar 2023-cu il tarixdə anadan olan azərbaycanlı körpə Volkan Azərmirad Təbriz şəhər Qeydiyyat İdarəsi və Məhkəməsinin maneçilik törətməsi ucbatından 4 aydan çoxdur ki, doğum haqqında şəhadətnamə ala bilmir. Bu səbəbdən o, müalicə və sosial xidmətlərdən məhrumdur.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, Volkanın atası Rəhman Azərmiradın sözlərinə görə, sözügedən hər iki qurum bunun səbəbini Volkan adının İran və İslam mədəniyyətinə zidd olması ilə əlaqələndirib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir