Rusiyanın Ukrayna ilə sərhəd şəhərində partlayış: Ölən var – VİDEO

Dünya


Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində partlayış səsləri eşidilib. Yerli sakinlər ərazidən havaya qalxan qatı tüstü buludunu müşahidə ediblər.

Məlumata görə, Rusiya fövqəladə hallar xidməti gün ərzində dördüncü dəfə şəhərin atəşə tutulması ilə bağlı xəbərdarlıq yayıb.

Bundan əlavə, yerli sakinlər sığınacağa getməyə çağırılır.

Vilayət rəhbəri Vyaçeslav Qlodkovun məlumatına görə, şəhər Ukrayna ordusu tərəfindən atəşə tutulub və nəticədə bir nəfər ölüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir