Ərəblərdən Benzemaya fantastik təklif

Dünya


Mövsümün sonunda “Real Madrid”lə müqaviləsi başa çatacaq Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Asiya ölkəsinin adı açıqlanmayan klubu fransalı hücumçunun xidmətində maraqlıdır. Məlumata görə, klub ona mövsümlük 200 milyon avro maaşla iki illik müqavilə təklif etməyə hazırdır.

“Real Madrid” 35 yaşlı forvardın qalacağına ümid edir. “Kral klubu” daha bir hücumçu transfer etmək və rotasiyalarla hər ikisindən yararlanmağı düşünür. Ancaq Benzemanı ehtiyat skamyada əyləşməyə razı salmağın asan olmadığı bildirilir.

Mənbə: Relevo

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir