Misir və Türkiyə prezidentləri səfirlərin mübadiləsi barədə razılığa gəliblər

Dünya


Misir Prezidenti Əbdülfəttah əs-Sisi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı keçirib.

Bu barədə bazar ertəsi Misir liderinin ofisi məlumat yayıb.

Məlumata görə, söhbət zamanı tərəflər ölkələr arasında diplomatik münasibətlərin səviyyəsinin dərhal yüksəldilməsinə və səfirlərin mübadiləsinə başlamaq barədə razılığa gəliblər.

“Prezidentlər misir və türkiyə xalqları arasında tarixi əlaqələrin dərinliyini bir daha təsdiqləyiblər. Liderlər iki tərəf arasında münasibətləri və əməkdaşlığı gücləndirmək barədə razılıq əldə edib və bu kontekstdə diplomatik münasibətlərin səviyyəsini dərhal yüksəltməyə başlamaq qərarına gəliblər”, – məlumatda bildirilib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir