İsrail Prezidenti İshak Herzoq bazar ertəsi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək onu yeni müddətə prezident seçilməsi münasibətilə təbrik edib.
İsrail dövlət başçısı telefon söhbətindən sonra “Twitter” hesabında bildirib ki, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və yaxın gələcəkdə şəxsi görüşün mümkünlüyü müzakirə edilib.
“Bu axşam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım və onu seçkilərdəki qələbəsi münasibətilə təbrik etdim. Bildirdim ki, İsrail və Türkiyə arasında münasibətlərin daha da inkişafını səbirsizliklə gözləyirəm. Biz Yaxın Şərqdə sabitliyin qorunması, regionda sülhün təşviq edilməsi və ölkələr arasında səmərəli əməkdaşlığın dərinləşdirilməsi üçün birgə işi davam etdirməyin vacibliyini vurğuladıq və tezliklə görüşəcəyimizə ümid bəslədiyimizi dilə gətirdik”, – Hersoq əlavə edib.
שוחחתי הערב עם נשיא טורקיה, @RTErdogan, וברכתי אותו על ניצחונו בבחירות. אמרתי לו כי אני מצפה להמשך שגשוג היחסים המשותפים בין ישראל וטורקיה. הדגשנו את חשיבות המשך העבודה יחדיו לשמירת היציבות, קידום השלום האזורי והעמקת השת״פ הפורה בין המדינות, והבענו תקווה כי נפגש בקרוב. 🇮🇱🤝🇹🇷 pic.twitter.com/bzKXjQh6Dh
— יצחק הרצוג Isaac Herzog (@Isaac_Herzog) May 29, 2023
www.102info.az