Kosovodakı gərginlik fonunda Serbiya Prezidenti Aleksandar Vuçiç xalqa müraciət edib.
O, ölkəsinin Kosovo ilə inzibati sərhədə hərbi qüvvələr yerləşdirdiyini bildirib.
Dövlət başçısı vurğulayıb ki, NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizlik Qüvvələri (KFOR) təminatların əksinə olaraq, Kosovonun şimalında və Metoxiyadakı serbləri qoruya bilməyiblər.
“KFOR nümayəndələri zəmanətlərə zidd olaraq serbləri müdafiə etmədilər, bələdiyyələrin ələ keçirilməsinin və zorakılığın qarşısını almadılar”, – Vuçiç bəyan edib.
Qeyd edək ki, Kosovodakı iğtişaşlar zamanı rəsmi rəqəmlərə görə 25 NATO hərbçisi xəsarət alıb.
22:16
NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizlik Qüvvələri (KFOR) bazar ertəsi Kosovo və Metoxiyadakı Zvecan bələdiyyəsinin inzibati binası qarşısında etiraz aksiyası keçirən serblərə hücum edib.
Bildirilir ki, NATO qüvvələri insanlardan binadan uzaqlaşmalarını istəyiblər. Etirazçılar isə silahlı olmadıqlarını və aksiyanın dinc keçdiyini göstərmək üçün əllərini yuxarı qaldıraraq yerdə oturmağa qərar veriblər.
Qeyd olunur ki, bundan sonra KFOR əməkdaşları səsli qumbara və gözyaşardıcı qazdan istifadə ediblər.
İtaliya XİN-dən verilən məlumata görə, toqquşma nəticəsində hərbi qulluqçular arasından 41 nəfər yaralanıb.
Bölgədə vəziyyətin kəskinləşməsi fonunda Serbiya Prezidenti Aleksandar Vuçiç xalqa müraciət edəcək.
Mənbə: TASS
www.102info.az