Sudanda yenidən toqquşmalar başlayıb

Dünya


Sudan ordusu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında toqquşmalar yeddi günlük humanitar barışıq müddətinin bitməsinə bir neçə saat qalmış yenidən başlayıb.

Paytaxt Xartumun bir neçə bölgəsində atışma səslərinin eşidildiyi bildirilir.

Bundan əlavə, Omdurman şəhərinin cənubunda və qərbində döyüşlərin getməsinə dair məlumatlar da var.

Eyni zamanda, ötən həftə ordu və xüsusi təyinatlılar humanitar atəşkəsin uzadılmasını müzakirə etməyə hazır olduqlarını bildiriblər.

Döyüşlər başlayandan azı 866 dinc sakin həlak olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində münaqişə tərəflərinin razılaşdığı atəşkəs rejimi bu gün yerli vaxtla saat 21:45-də başa çatır.

Mənbə: Al Hadath

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir