Rusiyalı azarkeşi Gürcüstanda döydülər – VİDEO

Dünya


Gürcüstan çempionatının 17-ci turunda Tbilisi “Dinamo”su ilə Batumi “Dinamo”su arasında keçirilmiş matçda insident yaşanıb.

Paytaxt klubunun fanatları qarşılaşmanı izləyənlər arasında olan rusiyalı azarkeşi döyüblər.

Məlumata görə, həmin azarkeşin əynində üzərində Serbiya bayrağı əks edilən Kosovo xəritəsinin təsviri köynək olub. Rusiyalı fanat yerli azarkeşlərə qarşı qeyri-etik jest edib. Bundan sonra azarkeşlərdən biri onun üzünə tüpürüb. Rusiyalı fanat tribunaların altındakı otağa keçib. Ancaq gürcülər onu tutaraq döyüblər.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. Ancaq serblər bu ölkənin müstəqilliyini tanımırlar.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir