ABŞ-də borc tavanının artırılması “Bitcoin”in qiymətinə necə təsir edəcək? – FOTO

Dünya


Xeyli vaxt idi ki, Ağ Evlə ABŞ müxalifətinin (Respublikaçılar partiyası) dövlət borcunun yuxarı həddinin artırılmasına dair razılığa gələ bilməməsi dünya maliyyə bazarında təşviş yaradırdı. Dünyanın ən böyük iqtisadiyyatının dövlət borcu astronomik həddə – 31,4 trilyon ABŞ dollarına çatıb. Sonuncu dəfə dövlət borcunun yuxarı həddi hələ yanvarda müəyyən olunub və o vaxtdan bu yana ABŞ Maliyyə Nazirliyi faktiki olaraq cari xərcləri maliyyələşdirmək üçün borclanmanı artırmaq imkanından məhrumdur. Belə gedişatla artıq gələn ay ABŞ tarixində ilk defolt hadisəsi baş verə bilərdi. Lakin son anda tərəflər dövlət borcu tavanının artırılmasına dair razılığa gəldilər və defolt 2025-ci ilədək təxirə düşdü.

Bəs dövlət borcu tavanının artırılması yüksək volatilli aktivlərə, konkret olaraq kriptovalyutalara necə təsir edəcək?

Bu barədə “Report”a açıqlama verən kriptovalyuta bazarı üzrə ekspert Elnur Quliyev ABŞ-də döv­lət borcu tavanının artırılmasının dollara inamı sarsıda və “Bitcoin”lə digər alternativ aktivlərə marağı artıra biləcəyini deyib:

“Nəticədə kriptovalyutalara tələb artacaq ki, bu da öz növbəsində qiymətlərin artmasına səbəb ola bilər. Bəziləri “Bitcoin”in qiymətinin 35 min ABŞ dollarına kimi bahalaşacağını gözləyir. Lakin hesab edirəm ki, birinci kriptovalyutanın qiyməti təxminən 22 000-25 000 ABŞ dolları diapazonunda dəyişəcək”.

Ekspert hesab edir ki, ”Bitcoin” güclü artımın ilkin mərhələsindədir:

“Bu da dövri qiymət korreksiyalarını istisna etmir. ABŞ-nin Federal Ehtiyatlar Sistemi faiz artımını dayandırsa və növbəti mərhələdə faizləri azaltmaq istiqaməti tutsa, kriptovalyutaların qiyməti birmənalı şəkildə qalxacaq. Bu prosesin artıq sentyabr ayından başlaya və 2024-cü ilin noyabr ayına qədər davam edə biləcəyi gözlənilir”.

Xatırladaq ki, hazırda kriptovalyuta bazarında ən bahalı aktiv “Bitcoin”dir. Onun bir tokeninin qiyməti 27 952 ABŞ dolları təşkil edir. Növbəti yerlərdə isə “Ethereum” (1 902 ABŞ dolları) və “Tether” (1 ABŞ dolları) qərarlaşıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir