Çempion baş məşqçinin “Napoli”ni tərk edəcəyi dəqiqləşdi

Dünya


Luçano Spalletti “Napoli”nin baş məşqçi postunu tərk edəcək.

Bu barədə neapolluların prezidenti Aurelio De Laurentis məlumat verib.

“Spalletti yanıma gəldi və bir illik məzuniyyət götürmək istədiyini dedi. “Yox” deyə bilərəmmi? Bizə çox şey verdi. Ona təşəkkür edirəm”, – klub rəhbəri bildirib.

Qeyd edək ki, “Napoli” Spallettinin rəhbərliyi altında 33 il sonra İtaliya çempionu olub. 64 yaşlı mütəxəssis 2021-ci ilin yayından Neapol klubunu çalışdırırdı.

Mənbə: NTV Spor

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir