Belarus ordusu mayın 30-da raket zərbələri təliminə başlayıb.
Bu barədə Belarus Müdafiə Nazirliyi “Telegram” hesabında məlumat yayıb.
“Raket zərbələrinin idarə olunmasına nəzarət təlimi çərçivəsində Silahlı Qüvvələrin raket qoşunlarının bölmələri döyüş hazırlığı tapşırıqlarını yerinə yetirməyə başlayıblar”, – deyə nazirliyin məlumatında qeyd olunub.
Eyni zamanda bildirilir ki, təlimdə “İskəndər-M” raket kompleksi ilə təchiz edilmiş qoşun bölməsi iştirak edirlər.
Təlimlər zamanı raket qoşunlarının döyüş əməliyyatlarının hazırlanması və aparılması məsələləri, eləcə də raket zərbələrinin hazırlanması və endirilməsi üzrə tapşırıqlar işlənəcək.
www.102info.az