KİV: Putin və Zelenski Ankaraya səfər edəcəklər

Dünya


Türkiyənin “Hürriyyət” qəzetinin paytaxt bürosunun jurnalisti Hande Fırat hesab edir ki, Rusiya prezidenti Vladimir Putin mayın 28-də seçkilərdə qalib gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra respublikaya səfər edəcək.

O, bu fikri çərşənbə axşamı CNN Türk-ün efirində bildirib.

Jurnalist Putindən sonra Ukrayna prezidenti Volodimir Zelenskinin də Türkiyəyə gələcəyini iddia edib.

“Bu səfərlər zamanı Ukraynadakı münaqişənin gedişatı və taxıl dəhlizi müzakirə olunacaq”, – deyə Fırat bildirib.

O, bu səfərlərin nə vaxt baş tutacağını açıqlamayıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir