Türkiyə Super Liqasında 2022/23 mövsümünün qalibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, “Qalatasaray” 36-cı turda səfərdə “Ankaragücü”yə qalib gəlməklə (4:1) çempionluğunu rəsmiləşdirib.
İstanbul klubuna qələbə qazandıran qolları 7 və 38-ci dəqiqələrdə dubl edən Mauro İkardi, 73-cü dəqiqədə fərqlənən Barış Yılmaz və 78-ci dəqiqədə topu rəqib qapısından keçirən Serjio Oliveyra vurublar.
“Qalatasaray”ın ən yaxın izləyicisi” “Fənərbağça” da turu qələbə ilə başa vurub. Komanda Enner Valensiyanın yeganə qolu ilə öz meydanında “Antalyaspor”u məğlub edib.
Bu nəticələrdən sonra “Qalatasaray” xalını 82-yə çatdırıb və “Fənərbağça” ilə 5 xallıq fərqi qoruyub. Qalan bir görüşdə “Fənər”in rəqibinə çatması mümkün deyil.
Bu, “Qalatasaray”ın 23-cü çempionluğudur. Klub bu göstəricidən rekordçudur.
www.102info.az