Çavuşoğlu və Blinken arasında danışıqlar keçirilib

Dünya


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-nin dövlət katibi Entoni Blinken arasında çərşənbə axşamı telefon danışığı olub.

Söhbət zamanı İsveçin NATO-ya daxil olması prosesi və taxıl müqaviləsi müzakirə edilib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

“Dövlət katibi Blinken Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb. Danışıqlar zamanı Türkiyə və ABŞ arasında strateji mexanizmin qarşıdan gələn iclasına hazırlıq, müdafiə sənayesi sahəsində əməkdaşlıq, Nyu-Yorkdakı Türk Evinə hücum, İsveçin NATO-ya daxil olması prosesi və İstanbul Taxıl Sazişi müzakirə edilib.”, – mənbə bildirib.

Mənbə: Anadolu

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir