Heç kim Rusiya millisi ilə oynamaq istəmir: Toplanış ləğv olundu

Dünya


Rusiya millisinin iyunda baş tutmalı olan təlim-məşq toplanışı ləğv edilib.

Rusiya Futbol İttifaqı (RFİ) yığmaya rəqib tapılmadığı üçün bu qərarı verib. Son olaraq Kamerun millisi iyunun 15-də keçirilməli olan qarşılaşmadan imtina edib.

Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov bildirib ki, rəqib tapılmasında çətinlik ölkənin xarici siyasəti ilə bağlıdır.

Xatırladaq ki, FIFA və UEFA Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlara görə bu ölkənin milli komandasını, eləcə də bütün klublarını bu qurumların bayrağı altında keçirilən yarışlarda iştirakdan məhrum edib.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir