Litvadan Rusiyaya qadağa: Hüquq-mühafizə sistemi nümayəndələrinin ölkəyə girişinə icazə vermədi

Dünya


Litva Rusiya hüquq-mühafizə sisteminin 15 nümayəndəsinin ölkəyə girişini qadağan edib.

Qeyd edilən hüquq-mühafizə sistemi nümayəndələrinin Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Dövlətə xəyanət” və “RF Silahlı Qüvvələri haqqında dezinformasiyanın yayılması” maddələri üzrə 25 il müddətinə azadlıqdan məhrum edilmiş rusiyalı jurnalist Vladimir Kara-Murzanın işi ilə əlaqəli olduğu bildirilir.

Bu barədə Litva xarici işlər naziri Qabrielius Landsberqis özünün “Twitter” səhifəsində məlumat verib.

“Müxalifətçi siyasətçi Kara-Murzanın təqibinə cavab olaraq Litva onu təqib edən Rusiya ədliyyə sistemindəki 15 nəfərin ölkəyə girişini qadağan edib”, – deyə nazir qeyd edib.

Xatırladaq ki, 2023-cü il aprelin 17-də Moskva Şəhər Məhkəməsi Kara-Murzanı dövlətə xəyanət, arzuolunmaz təşkilatın fəaliyyətində iştirak və Rusiya ordusunun nüfuzdan salınması maddələri üzrə 25 il müddətinə azadlıqdan məhrum edib.

Elə həmin ay Böyük Britaniya Kara-Murza ilə bağlı hökm çıxarılmasında iştirak edən müstəntiqlərə və hakimə, həmçinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin iki əməkdaşına qarşı sanksiyalar tətbiq edib.

Rusiyanın Londondakı səfirliyi Britaniyanın yeni sanksiyalarını qeyri-qanuni və hüquqi cəhətdən etibarsız adlandırıb.

Mənbə: Gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir