Azərbaycanlı iş adamının sahibi olduğu klub Ukraynada çempion oldu – FOTO

Dünya


Ukrayna İkinci Liqasında mövsümə yekun vurulub.

Oxu.Az xəbər verir ki, Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin nəvəsi Əli Banişevskinin də bir müddət formasını geyindiyi “Niva Buzovaya” 18 oyunda 42 xal toplayaraq çempion olub.

Beləliklə, klub Birinci Liqaya yüksəlib. Komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə uğrunda yarışacaq.

Qeyd edək ki, “Niva Buzovaya”nın sahibi azərbaycanlı iş adamı Oqtay Əfəndiyevdir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir