Ukraynalı idmançı ona əl uzadan iranlı ilə görüşməkdən imtina etdi – VİDEO

Dünya


Cənubi Afrika Respublikasında keçirilən pauerliftinq üzrə dünya çempionatında qalmaqal yaşanıb.

Ukraynalı idmançı İvan Çuprinko qalib gəldikdən sonra İran idmançısı ilə əl sıxmaqdan imtina edib. 42 yaşlı Əmir Rza Mesforuş bunu başa düşməyib və gülümsəyərək əlini ikinci dəfə uzadıb. Amma ukraynalı yenə iranlıya məhəl qoymayıb.

Qeyd edək ki, Rusiya Ukraynada apardığı müharibədə İran silahlarından istifadə edir. Çuprinkonun da məhz buna görə iranlı idmançı ilə görüşməkdən imtina etdiyi bildirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir