Şarl Mişel: “Azərbaycan-Ermənistan dövlət rəhbərlərinin görüşünü səbirsizliklə gözləyirik” – VİDEO

Dünya


“Azərbaycan və Ermənistanın dövlət başçılarının Moldovanın paytaxtı Kişineuda keçiriləcək görüşünü səbirsizliklə gözləyirik”.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel öz “Twitter” hesabında yazıb.

“Bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləmək və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq vacibdir. Maksimalist mövqelərdən çəkinmək və dialoqu hədəfləmək vacibdir. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxta ehtiyac var. Cəsarətli qərarlar lazımdır”, – Aİ Şurasının Prezidenti vurğulayıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir