Avstriyada xəstəxanada yanğın: Ölənlər var – FOTO

Dünya


Avstriyanın paytaxtı Vyana yaxınlığındakı Mödlinq xəstəxanasında baş verən yanğında 3 nəfər həlak olub.

20 nəfərin tüstüdən təsirləndiyi bildirilib.

Yanğın gecə saatlarında 3 xəstənin olduğu otaqda baş verib və sürətlə yayılıb. Həmin xəstələrin həyatını xilas etmək mümkün olmayıb.

Digər xəstələr ətrafdakı xəstəxanalara köçürülüblər.

Əməliyyatxanaların yanğının baş verdiyi yerə yaxın olması səbəbindən bir müddət əməliyyatların edilə bilməyəcəyi qeyd olunub.

Yanğının səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.

Mənbə: Bssnews

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir