Andrea Pirlo “Krallar Liqası”nda oynayacaq

Dünya


İtaliya futbolunun əfsanəsi Andrea Pirlo Jerar Pikenin təşkil etdiyi “Kings League”də (“Krallar Liqası”) oynayacaq.

Yarışın rəsmi saytının yaydığı məlumata görə, 44 yaşlı keçmiş yarımmüdafiəçi bazar günü “Jijantes”in heyətində “Pio”ya qarşı çıxış edəcək.

Qeyd edək ki, “Kings League”də şou-biznes ulduzları və keçmişin futbol əfsanələrindən ibarət komandalar çıxış edir. Matçlar Barselonada 7×7 formatında keçirilir. Hər oyun 40 dəqiqə davam edir.

Xatırladaq ki, Andrea Pirlo bir neçə gün əvvəl Türkiyənin “Karagümrük” klubunun baş məşqçisi postunu tərk edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir