Rəsmi Kiyevdən Moskvaya PUA hücumlarına istehzalı reaksiya

Dünya


Mayın 30-da Rusiyanın paytaxtı Moskva PUA hücumlarına məruz qalıb.

Ukrayna Prezidenti Ofisinin müşaviri Mixailo Podolyak bununla bağlı açıqlama verərək bildirib ki, Kiyevin Moskvaya hücumla birbaşa əlaqəsi yoxdur. O, həmçinin istehza ilə deyib:

“Bəlkə də, dronların hamısı Ukraynaya hücum etməyə hazır deyil və yaradıcılarının yanına qayıdırlar ki, soruşsunlar: “Niyə bizi mülki şəxslərə hücum etməyə göndərirsiniz?”

Həmçinin, o qeyd edib ki, “terrorçu dövlətin rəhbərliyi Ukraynada törədilən bütün cinayətlərin maksimum əvəzini mütləq ödəyəcək”.

Xatırladaq ki, Moskva ilk dəfə olaraq dronların kütləvi hücumuna məruz qalıb.

Mənbə: Obozrevatel

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir