Avropa Liqasının final matçında “Roma” və “Sevilya” komandaları qarşılaşıblar.
Oxu.Az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçirilən qarşılaşmada əsas vaxt və əlavə vaxt 1:1 hesablı bərabərliklə başa çatıb.
Qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac yaranıb.
Bu zərbələrdə daha dəqiq oynayan “Sevilya” 4:1 hesablı qələbə qazanıb və kuboku əldə edib.
01:51
Avropa Liqasının final matçında “Roma” və “Sevilya” komandaları qarşılaşırlar.
Oxu.Az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçirilən qarşılaşmada əsas vaxt və əlavə vaxt 1:1 hesablı bərabərliklə başa çatıb.
Qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac yaranıb.
00:59
Avropa Liqasının final matçında “Roma” və “Sevilya” komandaları qarşılaşırlar.
Oxu.Az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçirilən qarşılaşmada əsas vaxt 1:1 hesablı bərabərliklə başa çatıb.
Komandalar qalibin adına əlavə vaxtda aydınlıq gətirməyə çalışacaqlar. Bu zaman da tarazlıq pozulmasa, kubokun qalibi penalti zərbələri ilə müəyyənləşəcək.
00:20
Avropa Liqasının final matçında “Roma” və “Sevilya” komandaları qarşılaşırlar.
Oxu.Az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçirilən qarşılaşmada ikinci qol vurulub.
“Sevilya” 55-ci dəqiqədə Mançininin avtoqolu ilə hesabda tarazlıq yaradıb – 1:1.
00:10
Avropa Liqasının final matçında “Roma” və “Sevilya” komandaları qarşılaşırlar.
Oxu.Az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçirilən qarşılaşmada ikinci hissə başlayıb.
“Roma” Paulo Dibalanın qolu ilə ilk yarını öndə bitirib – 1:0.
01.06. 2023.
23:52
Avropa Liqasının final matçında “Roma” və “Sevilya” komandaları qarşılaşırlar.
Oxu.Az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçirilən qarşılaşmada ilk hissə başa çatıb.
“Roma” Paulo Dibalanın qolu ilə ilk yarını öndə bitirib – 1:0.
23:36
Avropa Liqasının final matçında “Roma” və “Sevilya” komandaları qarşılaşırlar.
Oxu.Az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçirilən qarşılaşmada hesab açılıb.
Oyunun 35-ci dəqiqəsində Paulo Dibala “Roma”nı hesabda önə çıxarıb.
23:03
Avropa Liqasının final matçında “Roma” və “Sevilya” komandaları qarşılaşırlar.
Oxu.Az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçirilən qarşılaşmada start fiti səslənib.
Oyunda hesab açılmayıb.
22:23
Bu gün Avropa Liqasının final oyununda üz-üzə gələcək İspaniya “Sevilya”sı və İtaliya “Roma”sının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
“Sevilya”: 13. Yassin Bunu, 3. Alek Telleş, 6. Nemanya Qudel, 10. İvan Rakitiç, 15. Yussef En-Nesiri, 16. Xesus Navas, 20. Fernando, 21. Oliver Torres. 25. Brayan Gil, 44. Loik Bade, 55. Lukas Okampos
Baş məşqçi: Xose Luis Mendilibar
“Roma”: 1 Ruy Patrisiu, 3. İbanyes, 4. Brayan Kristante, 6. Kris Smollinq, 7. Lorentso Pelleqrini, 8. Nemanya Matiç, 9. Teddi Abraham, 19. Zeki Çelik, 21. Paulo Dibala, 23. Canluka Mançini, 37 Leonardo Spinatsola
Baş məşqçi: Joze Mourinyo
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
www.102info.az