KİV: Ərdoğan Moldovada keçiriləcək Avropa sammitinə qatılmayacaq

Dünya


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyi sammiti üçün Moldovaya getməyəcək.

Sammitə hazırlıqla məşğul olan üç anonim şəxsin sözlərinə görə, dövlət başçısı son dəqiqələrdə fikrini dəyişib.

Qeyd edək ki, bu dəfəki sammitdə Aİ-nin bütün üzv (27) ölkələrindən, həmçinin Böyük Britaniya və Qərbi Balkanlar kimi Aİ-yə daxil olmayan ölkələrdən 40-dan çox Avropa lideri iştirak edəcək. Sammitin əsas məqsədi Aİ-dən kənarda olan Avropa ölkələrini birləşdirməkdir.

Liderlərin sabahkı görüşü ötən ilin oktyabrında Praqada keçirilən ilk iclasdan sonra ikinci görüş olacaq.

Mənbə: Politico

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir