Minifutbol üzrə Azərbaycan çempionatında finalçılar məlum oldular

Dünya


Minifutbol üzrə ölkə çempionatında yarımfinal görüşləri başa çatıb.

Azərbaycan Minifutbol Federasiyasından verilən məlumata görə, iki oyundan ibarət olan dueldə “Zirə” “Qarabağ”a qalib gələrək finala vəsiqə qazanıb – 2:1; 3:2.

Digər yarımfinal matçında son çempion “Birbaşa Bakı” “Bakı”dan üstün olub – 4:0; 3:2.

Ötən mövsüm olduğu kimi həlledici qarşılaşmada “Zirə” və “Birbaşa Bakı” üz-üzə gələcək.

Finalın hansı tarixdə olacağı hələlik dəqiqləşməyib.

www.102info.az