Güneyli fəal Əkbər Azad sürgünə göndərilir.
Bu barədə “Azad İran” “Telegram” kanalı fəalın özünə istinadla xəbər yayıb.
Bildirilir ki, Tehranın Baharıstan rayon Ümumi və İnqilab Prokurorluğundan vətəndaş cəmiyyəti fəalına sürgün cəzasının icrası ilə əlaqədar çağırış göndərilib.
Əkbər Azad bundan əvvəl dinc mədəni fəaliyyətlərinə və Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbirə qatıldığı üçün iki il həbs və iki il sürgün cəzasına məhkum edilib.
www.102info.az