“Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardi mövsümün əvvəlində “İkardi 20 qol vursa, saçımı sarı-qırmızı rəngləyəcəm” deyən “Fənərbağça”nın keçmiş kapitanı Ümit Özatla bağlı paylaşım edib.
“Ümitin sözünü yerinə yetirəcəyinə ümid edirəm. Bütün azarkeşlərimiz və mən səni sarı-qırmızı saçla görməyi gözləyirik”, – argentinalı hücumçu “Instagram”da yazıb.
Qeyd edək ki, “Ankaragücü”yə qarşı dünən baş tutan və “Qalatasaray”ın 4:1 hesablı qələbə qazandığı matçda dubla imza atan Mauro İkardi mövsümdə qollarının sayını 21-ə çatdırıb. Bundan sonra sosial şəbəkələrdə “Qalatasaray” azarkeşləri Ümit Özatdan sözünü yerinə yetirməyi tələb ediblər.
Mənbə: NTV Spor
www.102info.az