Rusiyanın Krasnodar diyarında neft emalı zavodunda yanğın baş verib.
Bu barədə diyarın qubernatoru Veniamin Kondratyev özünün “Telegram” kanalında məlumat verib.
“Severski rayonunda Afipsk neft emalı zavodunun ərazisində yanğın baş verib. Mazutu distillə edən qurğulardan biri yanır. İlkin səbəb PUA-nın düşməsidir”, – deyə diyar rəhbəri bildirib.
Yerli mediada dronun Ukraynaya məxsus olduğu güman edilir. Hadisə nəticəsində zərərçəkənin olmadığı vurğulanıb.
Yanğın artıq söndürülüb.
www.102info.az