“Moldova artıq 2030-cu ilə qədər Avropa İttifaqına üzv ola bilər”.
Bu açıqlama ilə Moldova Prezidenti Maya Sandu çıxış edib.
Siyasətçi qeyd edib ki, Moldova Dnestryanı bölgə ilə birlikdə Avropa İttifaqına daxil ola bilər.
“Həyat səviyyəsini nə qədər tez yüksəltsək, bir o qədər tez Avropa İttifaqına qoşulmaq şansımız olacaq. Bizim məqsədimiz budur”, – deyə Moldova Prezidenti vurğulayıb.
Qeyd edək ki, mayın 21-də Kişineu şəhərinin mərkəzində Moldovanın Avropaya inteqrasiyasına dəstək mitinqi keçirilib.
100 min nəfərə yaxın moldovalının qatıldığı mitinqdə Prezidenti Maya Sandu da iştirak edib.
Mitinqin sonunda iştirakçılar Moldovanın Avropa İttifaqına tamhüquqlu üzv olmaq istəyini təsdiqləyən qətnamənin lehinə səs veriblər.
Mənbə: Bloomberg
www.102info.az