Konfrans Liqası: “Fənərbağça” klublarımıza potensial rəqib oldu

Dünya


Konfrans Liqasında mübarizə aparacaq “Sabah” və “Qəbələ”nin II təsnifat mərhələsindəki potensial rəqiblərindən daha biri məlum olub.

Oxu.Az xəbər verir ki, Türkiyə Super Liqasını ikinci sırada bitirəcəyi dəqiqləşən “Fənərbağça” mübarizəyə bu raunddan başlayacaq.

İstanbul təmsilçisi “Neftçi”nin də qərarlaşdığı səpələnmişlər səbətində yer alacaq və Azərbaycanın digər iki klubunun mümkün rəqibləri arasında olacaq.

Konfrans Liqasının püşkatma mərasimi iyunun 21-də atılacaq.

Konfrans Liqası

II təsnifat mərhələsi

Səpələnmişlər: “Brügge” (Belçika), “Bazel” (İsveçrə), “Gent” (Belçika), “Fənərbağça” (Türkiyə), PAOK (Yunanıstan), “Makkabi” (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Budyo-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqorden” (İsveç), APOEL (Nikosiya, Kipr), “Beşiktaş” (Türkiyə), “Riyeka” (Xorvatiya), “Gimaraeş” (Portuqaliya), “Styaua” (Rumıniya), “Legiya” (Polşa), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), AEK (Larnaka, Kipr), ”Omoniya” (Kipr), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan), “Osiyek” (Xorvatiya), “Aris” (Saloniki, Yunanıstan)

Səpələnməmişlər: “Voyvodina” (Serbiya), “Lütsern” (İsveçrə), “Bohemians” (Çexiya), “Beytar” (İsrail), “Hammarbü” (İsveç), “Kalmar” (İsveç), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Keçkemet” (Macarıstan), “Debretsen” (Macarıstan), “Sepsi” (Rumıniya), “Qəbələ” (Azərbaycan), “Borats” (Bosniya və Herseqovina), “Sabah” (Azərbaycan), “Ordabasi” (Qazaxıstan), “Aktobe” (Qazaxıstan), “Çelye” (Sloveniya), “Auda” (Latviya), “Differdanj” (Lüksemburq), “Torpedo” (Belarus)

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir