Birləşmiş Millətlər Təşkilatı hesab edir ki, dronların Moskvaya hücumunu Ukraynanın davamlı atəşə tutulması ilə müqayisə etmək olmaz.
Bunu BMT-nin Baş katibinin spikeri Stefan Dyujarik jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
O, Rusiyanın son günlər Ukrayna şəhərlərini kütləvi şəkildə atəşə tutmasına münasibət bildirərkən əlavə edib ki, öz növbəsində BMT-nin baş katibi Antonio Quterreş də mülki infrastruktura hücumları pisləyir.
Brifinqdə rusiyalı jurnalist Stefan Dyujarikdən ötən gün Rusiya paytaxtına naməlum pilotsuz təyyarələrin hücumuna münasibət bildirməsini də istəyib.
Stefan Dyujarik isə cavabında BMT-nin mülki hədəflərə edilən bütün hücumları pislədiyini vurğulayıb.
Mənbə: Unian
www.102info.az