Avropa Liqası: Bu gün mövsümün qalibi məlum olacaq – AFİŞA

Dünya


Bu gün UEFA Avropa Liqasında 2022/2023 mövsümünün qalibi müəyyənləşəcək.

Oxu.Az xəbər verir ki, həlledici matçda İspaniyanın “Sevilya” və İtaliyanın “Roma” klubları üz-üzə gələcəklər.

Görüş Macarıstanın paytaxtı Budapeştdə “Puşkaş Arena”da baş tutacaq və Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Bu, qitənin ikinci dərəcəli klub turnirində “Sevilya”nın 7-ci, “Roma”nın isə 2-ci finalı olacaq. İspanlar 6 finalın hər birində qalib gəliblər və bu göstəricidə rekordçudurlar. “Roma” isə heç vaxt bu kuboku əldə etməyi bacarmayıb.

UEFA Avropa Liqası

31 may

23:00. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya)

Baş hakim: Entoni Teylor (İngiltərə)

Budapeşt, “Puşkaş Arena”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir