Türkiyədə yeni hökumətin tərkibinin açıqlanacağı tarix bəlli oldu

Dünya


Növbəti müddətə yenidən seçilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-də parlamentdə and içəcək və elə həmin gün ölkənin yeni hökumətinin tərkibini açıqlayacaq.

Bu barədə cümə axşamı Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun T-24 telekanalının efirində bildirib.

“Ərdoğanın andiçmə mərasimi parlamentdə baş tutacaq. Daha sonra prezident sarayında andiçmə mərasiminə gəlmiş xarici liderləri və nümayəndələri qəbul edəcək. Elə həmin gün axşam prezidentimiz yeni hökumətin tərkibini açıqlayacaq”, – deyə Altun qeyd edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir