Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Kiyevdən ürəkdağlayan görüntü – FOTO/VİDEO

Dünya


Sosial şəbəkələrdə Rusiyanın Ukraynaya gecə hücumunun faciəsini əks etdirən görüntü yayılıb. Kadrlar Kiyevdə yerli fotoqraf Serqey Okunev tərəfindən çəkilib.

Fotoda paytaxta raket hücumlarının doqquz yaşlı qurbanının meyitinin yanında beli bükülmüş vəziyyətdə oturan babası əks olunub.

Müəllifin sözlərinə görə, kişi saatlarla nəvəsinin meyitinin yanından ayrılmayıb.

“Qızcığaz, demək olar ki, bütün həyatını Rusiyanın Ukraynaya təcavüzü şəraitində yaşayıb. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür…” – deyə Okunev fotonu şərh edib.

 

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir