İran Suriyadakı ABŞ qoşunlarına qarşı hücumların yeni mərhələsini planlaşdırır

Dünya


“İran ABŞ-yə ölümcül hücumların yeni mərhələsini həyata keçirmək üçün Suriyadakı yaraqlıları silahlandırır”.

Bu barədə “The Washington Post” kəşfiyyat mənbələrinə və sızdırılmış məxfi sənədlərə istinadən yazır.

Qeyd olunub ki, Tehran Rusiya ilə birlikdə amerikalıları regiondan çıxarmaq üçün daha geniş strategiya üzərində işləyir. Məlumata görə, İran və müttəfiqləri ABŞ hərbi maşınlarını hədəfə almaq üçün qüvvələr qurur və onlar üçün təlimlər keçirir.

İranın Suriyadakı ABŞ qüvvələrinə qarşı raket və pilotsuz təyyarələrlə zərbələr endirmək üçün bu proksi-qruplardan istifadə edə biləcəyi vurğulanıb.

Məlumata görə, İran ABŞ əsgərlərinə qarşı istifadə olunacaq silahları Suriyada zəlzələ bölgəsinə göndərilən humanitar yardımlar arasında gizlədib. Kəşfiyyat məlumatlarına görə, İranın Qüds Qüvvələri yanvarın sonunda Dəməşqin şərqindəki Dumeyr bölgəsində partlayıcı vasitələrdən birinin sınağına nəzarət edib. Bildirilir ki, partlayıcı vasitə tankın zirehini dəlib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir