Minskdə MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin görüşü keçiriləcək – VİDEO

Dünya


İyunun 1-də Belarusun paytaxtı Minskdə MDB-yə üzv dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 52-ci iclası keçiriləcək.

Yuxarıda qeyd olunan qurumların rəhbərləri artıq Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşə gəliblər.

Görüşdə Rusiyanı Federal Təhqiqat Bürosunun (FTB) direktoru Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Ermənistanı isə Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan təmsil edir.

İclasda MDB ölkələrinin xüsusi xidmət və təhlükəsizlik orqanlarının nümayəndə heyətləri ilə yanaşı Birliyin İcraiyyə Komitəsinin və MDB Antiterror Mərkəzinin rəhbərləri də iştirak edəcəklər.

Tədbir iştirakçıları beynəlxalq terrorizmə, habelə ekstremizmin zorakı təzahürlərinə qarşı mübarizədə əməkdaşlıq və qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması məsələlərini müzakirə edəcəklər.

Həmçinin silah və narkotik vasitələrin qaçaqmalçılığı, informasiya-psixoloji təsir və yalan məlumatların yayılması ilə mübarizə məsələləri də müzakirə olunacaq. Eyni zamanda MDB məkanında elmi-texniki əməkdaşlığın inkişafı və dərinləşdirilməsi məsələləri də diqqət mərkəzində olacaq.

Mənbə: “Belta”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir