NATO-nun baş katibi Yens Stoltenberq yaxın vaxtlarda Türkiyəyə səfər edəcək.
Bu barədə Stoltenberqin özü danışıb.
Alyansın rəhbəri hazırda Norveçdə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edir.
O, Ankaraya səfərinin məqsədinin İsveçin tezliklə alyansa daxil olmasını müzakirə etmək olduğunu vurğulayıb.
Bununla belə Stoltenberq qeyd edib ki, səfərin tarixi hələ müəyyən olunmayıb.
Mənbə: Arqumentı Nedeli
www.102info.az