Kanadada güclü meşə yanğınları ilə əlaqədar 1 000 nəfərə yaxın yerli hindunun yaşadığı Fort Çipivian qəsəbəsinin sakinləri təxliyə ediliblər.
Qeyd olunur ki, qəsəbə ucqar ərazidə yerləşdiyindən sakinlərin evakuasiyası yalnız hava və su nəqliyyatı yolu ilə mümkün olub.
Xilasedicilər sakinlərin 85%-ni təhlükəsiz yerə çıxara biliblər.
Əlavə edək ki, Kanadada artıq bir həftəyə yaxındır meşə yanğınları davam edir.
Mənbə: СBC
www.102info.az