Türkiyə prezidentinin andiçmə mərasimində 20 dövlət başçısı və 45 nazir iştirak edəcək

Dünya


Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də Türkiyə Böyük Millət Məclisində keçiriləcək andiçmə mərasimində beynəlxalq iştirak yüksək səviyyədə olacaq. Mərasimdə türk respublikaları geniş heyətlə təmsil olunacaq.

Tədbirə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, 19 ölkənin liderlərinin qatılacağı gözlənilir. Bundan başqa 45-ə yaxın nazir Türkiyə Böyük Millət Məclisində mərasimdə iştirak edəcək.

NATO-nun baş katibi Yens Stoltenberq də Prezident Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün şənbə günü Ankaraya səfər edəcək.

Mənbə: Ahaber

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir