Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 3-də Türkiyəyə işgüzar səfər edəcək.
Ermənistan mediasının məlumatına görə, bu barədə baş nazirin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, səfərin məqsədi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etməkdir.
“Baş nazir Nikol Paşinyan mərasimdə iştirak etmək üçün iyunun 3-də Ankaraya yola düşəcək”, – deyə məlumatda vurğulanıb.
Bundan əvvəl Paşinyan Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən prezident seçkisində qələbəsi münasibətilə təbrik edərək, ölkələr arasında münasibətlərin tam şəkildə normallaşması üçün birgə işin davam etdirilməsini gözlədiyini bildirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də keçiriləcək andiçmə mərasimində azı 20 dövlət başçısının və 45 nazirin iştirakı gözlənilir.
www.102info.az