İtaliya B Seriyasının pley-out mərhələsində keçirilmiş “Breşiya” – “Kosenza” cavab oyununda insident baş verib.
Oxu.Az xəbər verir ki, bu, 90+7-ci dəqiqədə yaşanıb.
90+5-ci dəqiqədə qonaqlar bərabərlik qolunu vurublar və bu, “Breşiya”nın B Seriyası ilə vidalaşması anlamına gəlib.
Nəticədən narazı qalan yerli fanatlar futbolçulara məşəllər atıblar.
Meydan sahiblərinin “ultras”larının yer aldığı sektor “Kosenza”nın qapısının arxasında olub. “Breşiya” oyunçuları hücum zamanı rəqibin meydançasına çatanda tribunadan yanan məşəllər atılıb. Bəzi azarkeşlər meydana çıxaraq futbolçulara hücum ediblər. Hakim oyunçuları meydandan çıxarıb.
İlk oyunda 0:1 uduzan “Breşiya” evdəki 1:1 hesablı heç-heçə ilə B Seriyasında mövqeyini itirib.
www.102info.az