Paşinyan dövlətə xəyanətlə bağlı cinayət işi üzrə dindirilib

Dünya


Ermənistan baş naziri Nikol Paşinyan dövlətə xəyanət maddəsi ilə başlanmış cinayət işi üzrə şahid qismində dindirilib.

Bu barədə Ermənistan İstintaq Komitəsinin sədri Argişti Karamyan parlamentdə çıxışı zamanı bildirib.

“Baş nazir şahid qismində dindirilib”, – deyə Karamyan vurğulayıb.

Qeyd edək ki, Nikol Paşinyan aprelin 18-də bu iş çərçivəsində dindirildiyini bildirsə də, hansı statusda olduğu barədə açıqlama verməmişdi.

“Bəli, mən çox təfərrüatlı şəkildə dindirildim. Nə qədər lazımdırsa, o qədər də dindirəcəklər”, – deyə Paşinyan bildirib.

Mənbə: Erməni KİV

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir